
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Etsgebirge" komandasının heyətində Almaniyanın II Bundesliqasında mövsümün son oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Aue təmsilçisi XXXIV tur matçında "Regensburq"un qonağı olub. "Regensburq Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Start heyətində yer alan Nazarov 90-cı dəqiqədə əvəzlənib.
Bununla da xalını 47-yə çatdıran "Ertsgebirge" çempionatı 7-ci pillədə tamamlayıb. 43 xala malik "Regensburq" 7-ci olub.
"Arminiya" 68, "Qarabağ"ın sabiq futbolçusu Ailton Silvanın müqavilə üzrə məxsus olduğu "Ştutqart" 58 xalla ilk 2 yeri tutub və Bundesliqaya vəsiqə qazanıb. "Veyen", Drezden "Dinamo"su və "Nürnberq" isə III Diviziona enib.