İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşü "Milan" və "Yuventus" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2. Qolların hamısı ikinci hissədə vurulub. Əvvəlcə "Yuventus" Adrien Rabyo 48-ci, Kriştianu Ronaldu isə 53-cü dəqiqədə fərqlənib.
Lakin "Milan" az sonra 6 dəqiqəyə 3 qol vurub. 63-cü dəqiqədə Zlatan İbrahimoviç dəqiq penalti zərbəsi ilə fərqi azaldıb, 66-cı dəqiqədə Frank Kessi bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ante Rebiç qoyub.
Beləliklə, 75 xala malik "Yuventus" 68 xalla 2-ci pillədə olan "Latsio"nun "Leççe"yə səfərdə 1:2 hesabı ilə uduzmasından sonra, ən yaxın izləyicisi ilə xal fərqini artıra bilməyib. Xalını 49-a çatdıran "Milan" isə 5-ci pilləyə yüksəlib.