
İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç klubla müqaviləsini uzadacaq.
Sportnet.az xəbər verir ki, 39 yaşlı hücumçu bu qərarı baş məşqçi Stefano Pioli öz müqaviləsini yeniləməyə razılaşdıqdan sonra qəbul edib.
İsveçli forvard bu mövsüm "qırmızı-qaralar"ın heyətində 18 oyuna 8 qol vurub və 4 məhsuldar ötürmə verib. "Transfermarkt" ona 2,8 milyon avro qiymət qoyub.