
Norveçin "Trömse" klubunun futbolçusu İsak Hansen-Aaren İngiltərə "Mançester Yunayted"i ilə müqavilə bağlayıb.
Sportnet.az Skandinaviya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı hücumçu artıq Mançesterdədir və "qırmızı şeytanlar"ın akademiyasında məşqlərə başlamağa hazırlaşır.
Hansen-Aaren "Trömse"nin əsas komandasında 15 yaşında debüt edib. O, 7 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.