
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin matçlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Latviya "Riteryay"ı evdə İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkib. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında daha 1 qol vuran meydan sahibləri II raunda yüksəliblər.
25 avqust
Avropa Liqası
I təsnifat mərhələsi
22:00. "Riteryay" (Latviya) - "Derri Siti" (İrlandiya) - 3:2 (ƏLAVƏ VAXT - 1:0)
Qollar: Gitis Paulauskas, 39; 49. Donatas Kazlauskas, 91 - Jozef Tomson, 18. Euen Toal, 63