
Rusiya yığmasının futbolçusu Daler Kuzyayev Türkiyənin "Qalatasaray" klubuna keçə bilər.
Sportnet.az-ın "Haberler" nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisi transfer bazarında yarımmüdafiəçi axtarır. Lakin hələ konkret namizədlər müəyyənləşdirilməyib. 27 yaşlı oyunçunun "sarı-qırmızılar"a keçidi baş məşqçi Fatih Terimin rəyindən asılı olacaq.