Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi milli komandanın müdafiəçisi Nazım Sangareni transfer edib.
26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nazım Sangarenin son klubu "Antalyaspor" olub.