Türkiyənin "Fənərbağça" klubu İsveçrə "Bazel"i ilə futbolçu Kemal Ademinin transferinə dair razılıq əldə edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı hücumçu artıq İstanbuldadır. Tibbi müayinədən keçdikdən sonra onunla müqavilə rəsmiləşdiriləcək.
Qeyd edək ki, karyerasına "Sankt-Qallen"də başlayan Kemal Ademi 2015-ci ildə Almaniya "Hoffenhaym"ına icarəyə, növbəti ilə isə birdəfəlik verilib. 2018-ci ildə "Ksamaks"ın yolunu tutan Ademi "Bazel"in formasını 2019-cu ildən geyinməyə başlayıb.