İtaliyanın "İnter" klubu iki futbolçusunun koronavirusa yoluxduğunu açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, bunlar Raca Nainqolan və Roberto Qalyardinidir.
Qapıçı İonuts Radunun da testi müsbət olub. Daha əvvəl müdafiəçilər Alessandro Baston və Milan Şkrinyarda koronavirus aşkarlanıb.
Qeyd edək ki, "İnter" A Seriyasının növbəti turunda oktyabrın 17-də "Milan"la qarşılaşacaq.