
İngiltərə klublarının yay transferlərinə xərclədiyi məbləğ açıqlanıb.
Sportnet.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klublar yeni oyunçular almaqdan ötrü 1,25 milyard ABŞ dolları sərf ediblər.
Statistik göstəricilərdə 1 iyun - 5 oktyabrdakı transfer fəaliyyəti nəzərə alınıb.
İtaliya (543.9 milyon avro), İspaniya (486.6 milyon avro), Fransa (455.2 avro) və Almaniya (348.3 milyon avro) transfer xərcləri baxımından ilk "5-lik"də qərarlaşıblar. Rusiya 75,7 milyon avro göstərici ilə 9-cu olub.
Transferlərdən ən çox gəliri İspaniya (672,1 milyon avro), İtaliya (484,2 milyon avro), İngiltərə (396,5 milyon avro), Fransa (378,6 milyon avro) və Almaniya (354,7 milyon avro) klubları əldə ediblər.