"Neftçi" komandası Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ”a qarşı keçirəcəyi ev oyununun hazırlığına start verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kollektiv bir günlük fasilədən sonra bu gün məşqə çıxıb. Əvvəlcə klubun inzibati binasındakı fitnes zalında müxtəlif fiziki təmrinlər edən futbolçular sonra "Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, noyabrın 8-də "Bakcell Arena"da keçiriləcək "Neftçi” – "Qarabağ” matçı saat 15:00-da başlanacaq.