
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Səbail" çempionatın lideri "Sumqayıt"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Səbail"in heyətində Rauf Əliyev 42, Adil Nağıyev isə 77-ci dəqiqədə fərqlənib. "Gənclik şəhəri" təmsilçisində Rəhim Sadıxov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra bir oyun az keçirən və xallarının sayını 9-da çatdıran "Səbail" 6-cı pilləyə yüksəlib. "Sumqayıt" isə hələ ki, 15 xalla liderdir.
Qeyd edək ki, günün ilk matçında "Keşlə" "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. IX tura noyabrın 8-də keçiriləcək "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" matçları ilə yekun vurulacaq.
----------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun ilk matçında "Keşlə" "Qəbələ"ni qəbul edib. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "Qəbələ"ni önə keçirib. 41-ci dəqiqədə Sezar Meza Kolli tarazlığı bərpa edib. 75-ci dəqiqədə Asif Məmmədov avtoqol müəllifi olub. 90-cı dəqiqədə isə Silvio Rodriqes oyunda son nöqtəni qoyub.
"Keşlə" qələbə sayəsində xallarının sayını 12-ə yüksəldib və 5-ci sıradakı yerini möhkəmləndirib. "Qəbələ" isə 8 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, günün digər matçında "Səbail" "Sumqayıt"ı qəbul edəcək. IX tura noyabrın 8-də keçiriləcək "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" matçları ilə yekun vurulacaq.
--------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Keşlə" "Qəbələ"ni qəbul edəcək. "ASK Arena"dakı qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək. 8 oyundan sonra 9 xal toplayan paytaxt klubu 5-ci pillədə qərarlaşıb. Əyalət təmsilçisi isə rəqibindən bir xal az toplayıb və 6-cı sıradadır.
Komandalar indiyədək çempionatda 48 dəfə üz-üzə gəliblər. Bunların 13-də "qırmızı-qaralar", 17-də isə meydan sahibləri qələbə qazanıb. 18 görüş heç-heçə bitib. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 62:47.
Günün digər matçında "Sumqayıt" "Səbail"in qonağı olacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 15 xalla liderdir. Bir oyun az keçirən "Səbail" isə 6 xalla 7-cidir. Komandalar Premyer Liqada 10 dəfə qarşılaşıblar. 4 oyunda paytaxt klubu, 5-də isə Sumqayıt təmsilçisi 3 xal qazanıb. 2 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi isə bərabərdir - 10:10.
Əslində açılış matçı 6 oktyabra nəzərdə tutulmuşdu. Lakin "Zirə" ilə ev oyunu öncəsi "Sabah"ın klubunun bəzi futbolçularında koronavirus şübhəsi təsbit edilib. Bu səbəbdən, görüş noyabrın 8-nə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
IX tur
14:00. “Keşlə” – “Qəbələ” - 3:1
Qol: Sezar Meza Kolli, 41. Asif Məmmədov, 75 (öz qapısına). Silvio Rodriqes, 90 - Nikolas Raysel, 32
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”
16:00. “Səbail” – “Sumqayıt” - 2:1
Qol: Rauf Əliyev, 42. Adil Nağıyev, 77. - Rəhim Sadıxov, 84 (penalti)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”
Qeyd edək ki, IX turun "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" görüşləri noyabrın 8-də gerçəkləşəcək.