AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, toplantı milli assosiasiyanın təşəbbüsü əsasında gerçəkləşəcək.
İclas koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması fonunda çağırılıb.
Tədbir bu gün saat 15:00-da başlayacaq.