
Azərbaycan Premyer Liqasının lideri "Neftçi" bu gün qış toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, flaqman "Bakcell Arena"da "Keşlə" komandası ilə üz-üə gəlib. 7 qolun vurulduğu qarşılaşmada "ağ-qaralar" 4:3 hesablı qələbə qazanıblar.
Görüşdə hesabı 10-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Mirabdulla Abbasov açıb. 36-cı dəqiqədə Tallison Dias fərqi artırıb. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra "Keşlə" toplardan birinin əvəzini çıxıb. Yeni transfer Nicat Qurbanov bu komandada ilk qolunu vurub. 2 dəqiqə sonra Silvio Junior hesabı bərabərləşdirib. Lakin qonaqların qol sevinci cəmi 1 dəqiqə çəkib. Mamadu Kane 62-ci dəqiqədə komandasını yenidən önə çıxarıb. 3 dəqiqə sonra Tallison Dias dubl edib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə Silvio Junior qoyub.
Qeyd edək ki, "Neftçi" ilk yoxlama matçında I Divizion təmsilçisi "Kəpəz"i minimal hesabla üstələyib.
----------------------------------------
Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Zirə" komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma üç hissədən ibarət olub. Birinci və üçüncü hissələr 45 dəqiqə, ikinci yarı isə 30 dəqiqə çəkib.
Matç 3:3 hesablı bərabərliklə bitib
Görüşdə ilk iki qolu "Zirə" vurub. Klesio Bauk 4 və 41-ci dəqiqələrdə fərqlənib. Paytaxt klubu fasiləyə öndə yollanıb.
İkinci hissədə "Qarabağ" 3 qol vurub. 50-ci dəqiqədə Filib Ozobiç, 61-ci dəqiqə Mahir Emreli, 66-cı dəqiqə isə Abdullah Zubir topu rəqib qapıdan keçirib.
Üçüncü hissənin 95-ci dəqiqəsində Sərtan Taşkın bərabərlik qoluna imza atıb.
--------------------------------------------
Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" və "Qəbələ" komandaları yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da baş tutan matçda qalib müəyyənləşməyib - 1:1.
Görüşdə hər iki qol birinci hissədə vurulub. 24-cü dəqiqədə meydan sahiblərindən Murad Xaçayev, 42-ci dəqiqədə isə qonaqlardan Nikolas Raysel fərqləniblər.
---------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən komandalar yoldaşlıq görüşlərində üz-üzə gələcəklər.
Sportnet.az-ın məlumatına görə, qış çempionu "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə üz-üzə gələcək. Son ölkə çempionu "Qarabağ" isə "Zirə"ni sınağa çəkəcək.
Digər iki oyunda "Sumqayıt" "Qəbələ"ni, "Sabah" isə "Səbail"i qəbul edəcək. Görüşlərdən biri saat 15:00-da, digəri 17:00-da, qalan ikisi isə 16:00-da başlayacaq.
"Sumqayıt" - "Qəbələ" və "Neftçi" - "Keşlə" matçları CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Yoldaşlıq görüşləri
15:00. "Sumqayıt" - "Qəbələ" - 1:1
Qollar: Murad Xaçayev, 24 - Nikolas Raysel, 42
16:00. "Qarabağ" - "Zirə" - 3:3
Qollar: Filip Ozobiç, 50, Mahir Emreli, 61, Abdulla Zubir, 66 - Klesio Bauk, 4, 41, Sertan Taşkın, 95
Qeyri-dəqiq penalti: Davit Volkov ("Qəbələ"), 57
16:00. "Sabah" - "Səbail" - 1:0
Qol: Coşqun Diniyev, 53
17:00. "Neftçi" - "Keşlə" - 4:3
Qollar: Mirabdulla Abbasov, 10, Tallison Dias, 36, 65 - Nicat Qurbanov, 59, Silvio Junior, 62, 79