İtaliyanın "Roma" klubu ciddi maliyyə problemləri ilə üzləşib.
Sportnet.az-ın "Football Italia"ya istinadən məlumatına görə, "canavarlar"ın 31 mart tarixinə təmiz korrektə olunmuş borcu 265,6 milyon avrodur.
Klub 2020-ci ilin avqustunda Fridkinlər ailəsinin idarəetməsinə verilənədək borc 300,2 milyon avro olub.
Komanda Avropa Liqasının yarımfinalına vəsiqə qarşılığında əhəmiyyətli məbləğdə vəsait qazanacaq. Lakin "Roma"nın A Seriyasındakı hazırkı durumu gələn mövsüm də avrokuboklarda iştiraklarına imkan vermir.