İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yay transfer pəncərəsində Turir klubunu tərk etməyəcək.
Sportnet.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu müqaviləsinin sonuna - 2022-ci ilin yayınadək hazırkı komandasında qalmaq qərarına gəlib.
İddiaya görə, 36 yaşlı forvard bundan sonra ölkəsinin "Sportinq" klubuna qayıtmağı və karyerasını orada başa vurmağı planlaşdırır.
Daha əvvəl təcrübəli oyunçunun İngiltərə "Mançeter Yunayted"inə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, Kriştianu Ronaldu yetirməsi olduğu "Sportinq"də 2002-2003-cü illərdə çıxış edib.