İspaniyanın Kadis şəhəri yaxınlığındakı otellərdən birində liftin qırılması nəticəsində həmin vaxt elevatorun təmiri ilə məşğul olan şəxs vəfat edib.
Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, həmin şəxs "Xeres İndustrial" klubunun prezidenti Pedro Qarideş olub. Qarideşin komandası regional liqada çıxış edir.