
"Mançester Siti" komandası 2020/2021 mövsümündə vaxtından əvvəl İngiltərə çempionu olub.
Sportnet.az xəbər verir ki, bu, turnir cədvəlində ikinci yer tutan "Mançester Yunayted"in “Lester”ə 1:2 hesabı ilə uduzmasından sonra məlum olub.
Bununla da "qırmızı şeytanlar" sona 3 tur qalmış Xosep Qvardiolanın baş məşqçi olduğu kollektivin 10 xal gerisinə düşüb.
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola “Mançester Siti”ni üçüncü dəfə turnir cədvəlində birinci yerə yüksəldib. Daha əvvəl "Mançester Siti" ispaniyalı mütəxəssisin rəhbərliyi altında 2017/2018 və 2018/2019 mövsümlərində də ölkə birincisi olub.
Qeyd edək ki, ötən mövsüm çempionluq titulunu "Liverpul" qazanıb.