Braziliya dövlətinin LGBT-dən olan deputatının köməkçisi Aqripino Maqalyaynş San-Paulu məhkəməsinə müraciət edib.
Sportnet.az "LO-Bianco"ya istinadən xəbər verir ki, partiya fəalı Fransanın PSJ klubunun futbolçusu Neymarı ona silahlı hücumun təşkilində ittiham edib.
Maqalyaynş hesab edir ki, belə hərəkətin səbəbi Neymarın güman edilən homofobiya praktikaları barədə reportajlar seriyası ola bilər. O, braziliyalı forvardın vəkili Davi de Payva Kosta Tangerina tərəfindən ölüm təhdidi aldığını da diqqətə çatdırıb.
Siyasətçi mənəvi zərərə görə məhkəmə yolu ilə 1 milyon Braziliya realı (təqribən 156 min avro) tələb edib. Maqalyaynş həyatına təhlükə ilə əlaqədar adi rejimdə işini davam etdirə bilməyəcəyini vurğulayıb.
Daha əvvəl o, Neymarı anasının kiberidmançı keçmiş sevgilisi Tyaqo Ramos barədə fikirlərinə görə məhkəməyə verib. Maqalyaynş iddia edib ki, futbolçu kiberidmançı ilə mübahisə zamanı "mavi"ləri öldürməyin gərəkliyini dilə gətirib.