"Əldə etdiyimiz nailiyyət uzun illərdir getdiyimiz yolun nəticəsidir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib çempion olduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
O, qələbə münasibətilə bütün "Neftçi" cameəsini təbrik edib: "Qarabağ"a da "çox sağ ol" deyirik. Amma bu gün "Neftçi"nin günüdür. Çempionluğumuzu şəhidlərimizə, qazilərimizə, Vətən keşiyində dayananlara həsr edirik. Hər kəsi təbrik edirəm".