Ukraynanın "Minay" klubunun daha bir futbolçusu Azərbaycan millisinə çağırılıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Anatoli Nuriyevdən əlavə, ilk dəfə Rüstəm Əhmədzadəyə də dəvət göndərilib.
Onlar millinin mayın 22-dən başlayan təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq prosesi müddətində 3 yoldaşlıq görüşü nəzərdə tutulub. Azərbaycan yığması mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə üz-üzə gələcək.
Qeyd edək ki, Anatoli Nuriyev indiyədək millidə 3 oyun keçirib.