Rezvan Luçesku Yunanıstan PAOK-unun baş məşqçi postuna təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
52 yaşlı baş məşqçi 2017 - 2019-cu illərdə də Saloniki təmsilçisinə rəhbərlik edib. O, Yunanıstan çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb.
Hazırda Ukraynanın "Dinamo" (Kiyev) komandasının sükanı arxasında olan Mirça Luçeskunun oğlu PAOK-dan sonra Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubunda çalışıb.
Ötən mövsüm PAOK 4-cü yeri tutub.