"Qarabağ"ın heyətinə qatdığı seneqallı futbolçu İbrahima Vadji daha əvvəl Türkiyənin "Kocaelispor" klubu ilə anlaşıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, aşağı liqa təmsilçisi bir müddət öncə 26 yaşlı hücumçunu icarəyə götürməklə bağlı Norveç "Haugesund"u ilə razılığa gəlib.
Hətta Kocaeli klubu cari mövsümün sonunda afrikalı forvardı birdəfəlik transfer etmək hüququna da yiyələnib.
Lakin Türkiyə klubundan daha cəld tərpənən "Qarabağ" Vadjini "Kocaelispor"dan əlindən ala bilib.
"Haugesund"un idman direktoru Eyrik Opedal klubun rəsmi saytına açıqlamasında Azərbaycan təmsilçisindən futbolçu üçün müəyyənləşdirdikləri qiymətə uyğun təklif aldıqlarını bildirib: "Düşündük ki, futbolçunu buraxmaq və ona bu imkanı qazanmaq şansını yaratmaq ən doğru qərardır. Çünki özü də bunu çox istəyirdi".
Qeyd edək ki, "Qarabağ" İbrahima Hadji ilə 3 illik müqavilə imzalayıb.