
19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığmasının rəqibləri də bəlli olub.
Mübarizəyə əsas mərhələdən başlayacaq yığma Xorvatiya, Belarus, Latviya ilə birlikdə G qrupuna düşüb. Bu qrupun oyunları 2022-ci il 15 - 20 martda Xorvatiyada baş tutacaq.