
“Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib yoxlama oyunu keçirdik. Ümumilikdə yaxşı matç keçdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.
O bildirib ki, belə bir rəqibə qarşı oynamaq həmişə inkişaf etmək üçün fürsətdir: "Qarabağ"ın heyətində yüksək səviyyəli futbolçular var. Tam fərqli, sürətli oynayırlar. Əsas məqsəd yaranan fasilədə oyun prakikasını yaxşılaşdırmaq və futbolçuları yükləmək idi. Futbolçulara ayrı-ayrılıqda 60, 70 və 80 dəqiqə oynamaq imkanı yaratdıq. Bir-iki günlük istirahətdən sonra çempionat oyunlarına hazırlaşacağıq”.