Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu "Samsunspor"u 4:1 hesabı ilə məğlub etdikləri V tur qarşılaşmasında meydana 61-ci dəqiqədə daxil olub. Həmin vaxt onun komandası 2:1 hesabı ilə öndə olub. 74-cü dəqiqədə "Bursaspor" azlıqda qalsa da, Ələskərov daha 2 qolun vurulmasında fəal iştirak edib. Onun məhsuldar ötürmələri sayəsində "timsahlar" 84-cü və 90+6-cı dəqiqələrdə də fərqlənərək, böyük hesablı qələbəyə nail olublar.
Beləliklə, ilk qələbəsini qazanan "Bursaspor" xalını 4-ə çatdırıb və 12-ci pilləyə yüksəlib. "Samsunspor" isə 6 xalla 7-cidir.