İtaliya milli komandasının keçmiş futbolçusu Mario Balotelli Türkiyənin "Adana Demirspor" komandasında ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı hücumçu "Rizespor"a 3:1 hesabı ilə qalib gəldikləri Superliqanın V tur oyununda fərqlənib. O, 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib və 82-ci dəqiqədə əvəzlənib.
Beləliklə, "Adana Demirspor" italiyalı baş məşqçi Vinçentso Montellonun rəhbərliyi altında ilk qələbəsini qazanıb. 5 turdan sonra adanalılar 5 xalla 15-ci yerdə gedirlər. "Rizespor" isə 1 xalla 18-cidir.
Qeyd edək ki, Mario Balotelli "Adana Demirspor"a iyulda "İtaliyanın Montsa" komandasından keçib.