“Neftçi” klubunun inzibati binasında AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin iştirakı ilə əsas komandanın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirdə komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.