"İlk qolumu vurduğum üçün şadam. İnanıram ki, hər şey belə davam edəcək və komandama bacardığım qədər köməklik göstərəcəyəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Sezar Meza Kolli paytaxt təmsilçisinin heyətində vurduğu ilk qol barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
"Keşlə"ni 3:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın IV tur matçında fərqlənən paraqvaylı yarımmüdafiəçi zədələndiyi üçün fasilədə əvəzlənib. 30 yaşlı oyunçu birinci hissədən sonra arxa əzələsində ağrı hiss etdiyini bildirib: "Məncə bu, yüklənmədən irəli gəlirdi. İndi isə özümü hazır hiss edir və növbəti oyun üçün çalışıram".
Qeyd edək ki, Sezar Meza Kolli "Neftçi"yə cari mövsümün əvvəlində "Keşlə"dən keçib.