İrlandiya millisi Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl heyətlə bağlı problemlə üzləşib.
Sportnet.az "Independent" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi Dara O Şi zədəli olduğu üçün qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
Bundan əlavə, Ceyson Molumbi və Alan Braun cəza, kapitan Şeymus Koulman isə zədə səbəbindən matçı buraxacaq.
Mett Doerti, Ceff Hendrik və Adam İdahın isə durumu hələlik bəlli deyil. Hər üç oyunçu yenicə sıraya dönüb.
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.