Türkiyə Super Liqasının XVI turunda "Sivasspor"la matçda zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın durumuna aydınlıq gəlib.
Sportnet.az "Fotomac"a istinadən xəbər verir ki, komanda yoldaşı Kristian Luyindama ilə toqquşan 35 yaşlı qolkiperin ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.
Uruqvaylı oyunçu ayağının yan bağlarından xəsarət alıb.
Qeyd edək ki, Fernando Muslera 84-cü dəqiqədə İsmail Çipe ilə əvəzlənib. Qarşılaşma "Qalatasaray"ın minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1.