
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin qollarını paylaşıb.
Sportnet.az xəbər verir ki, son ölkə çempionu rəsmi feysbuk hesabında 25 yaşlı hücumçunun Azərbaycan millisində, "Qarabağ"da və Polşa "Legiya"sındakı qollarını yayımlayıb.
Qeyd edək ki, "Legiya" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşməyə imza atıb.