
"Çoxdandır Mahir Emreli haqqında düşünmürəm, amma söhbətin içindəyəm".
Sportnet.az "Sport.tvp" nəşrinə istinadən xəbər verir ki, bunu Polşanın "Legiya" klubunun baş məşqçisi Aleksandar Vukoviç deyib.
43 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun gedişindən xəbərdar olduğunu bildirib: "Məni daha çox Lukinyasın işi maraqlandırır. Ona maraq çoxdur və danışıqlar gedir. Bu keçidin gerçəkləşmə ehtimalı böyükdür. Bizimlə növbəti oyuna yollanmayacaq, başqa klubla müqavilə imzalamağa yaxındır. Komanda olaraq belə vəziyyətə hazır olmalıyıq".
Qeyd edək ki, "Legiya" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə 4,5 illik sözləşməyə imza atıb. Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalan Lukinyasın ABŞ "Nyu-York Red Bulls"una keçəcəyi gözlənilir.