
Fransa millisinin futbolçusu Kilian Mbappe hazırda çıxış etdiyi PSJ ilə yeni müqavilə barədə razılığa gəlib.
Sportnet.az "Le Parisien"ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Paris klubu ilə 2+1 illik sözləşmə imzalayacaq. Anlaşmaya əsasən, forvard illik 50 milyon avro qazanacaq. O, həmçinin 100 milyon avro bonus alacaq.
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. Futbolçu bu mövsüm 43 oyunda 35 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.