Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış görüşün keçiriləcəyi vaxt və stadionu müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" - "Sumqayıt" matçı mayın 12-də olacaq.
“Azersun Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.