Futbol üzrə Ukrayna milli komandasının yoldaşlıq görüşlərindəki növbəti rəqibləri bəlli olub.
Sportnet.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Aleksandr Petrakovun baş məşqçi olduğu komanda dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə İtaliyada "Empoli" ilə üz-üzə gələcək.
Qarşılaşma mayın 17-də olacaq. Yığma bir gün sonra Xorvatiyada "Riyeka" ilə görüşəcək.
Qeyd edək ki, Ukrayna millisi bu gün Almaniyada "Borussiya" (Mönhenqladbax) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.