"Braziliyanın B Seriyası Azərbaycan Premyer Liqasından daha gərgin və rəqabətlidir. Burada kimin çempion olacağını və A Seriyasına yüksələcəyini əvvəlcədən müəyyən edə bilməzsiniz".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin sabiq futbolçusu Bruno da Silva "vavel.com" saytına açıqlamasında deyib.
34 yaşlı yarımmüdafiəçi bildirib ki, son illər Azərbaycanda futbol kəskin dəyişib: "Amma yenə də titul uğrunda əvvəlkitək eyni komandalar mübarizə aparırlar".
Qeyd edək ki, Bruno da Silva 2010 - 2012-ci illərdə "qırmızı-qaralar"ın formasını geyinib. Braziliyalı futbolçu hazırda ölkəsinin "Novorizontino" klubunda çıxış edir.