Niderland millisinin sabiq futbolçusu Dirk Kuyt "Den Haq" komandasının baş məşqçisi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dirk Kuyt karyerası ərzində İngiltərənin "Liverpul" və Türkiyənin "Fənərbağça" klublarının da formasını geyinib. "Den Haq" Hollandiyanın səviyyəcə ikinci liqasında mübarizə aparır.