21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Helsinkidəki eyniadlı stadionda təşkil olunan qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib. 48-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib. Rəqibin qollarını 50-ci dəqiqədə Naatan Skutta, 55-ci dəqiqədə Oliver Antman və 79-cu dəqiqədə Aqon Sadiku vurub.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Finlandiya A qrupunun lideri olan Xorvatiyaya çatıb.
Azərbaycan yığması isə 7 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti matçını iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.
--------------------------------------------------
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, rəqib Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Helsinkidəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.
Hazırda Azərbaycan millisi A qrupunda 8 oyundan 7 xalla 5-ci, Finlandiya isə 16 xalla 3-cü pillədə qərarlaşıb.
AVRO-2023, seçmə mərhələ
17:00. Finlandiya – Azərbaycan - 3:0
Qollar: Naatan Skutta, 50. Oliver Antman, 55. Aqon Sadiku, 79
Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller
(hamısı Lüksemburq)
"Helsinki Football Stadium".