Moldovanın "Şerif" klubundan ayrılan Yuri Vernidubun yeni iş yeri bəlli olub.
Sportnet.az "Ua-football" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis Ukrayna təmsilçisi "Krivbas"la müqavilə imzalamağa yaxındır.
Qeyd edək ki, Yuri Vernidub 2021/2022 mövsümündə "Şerif"i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. İspaniyanın "Real Madrid", İtaliyanın "İnter" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları ilə mübarizədə qrup 3-cüsü olmağı bacaran klub mübarizəni Avropa Liqasının pley-off raundunda dayandırıb.