Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubu və azarkeşlərlə vidalaşıb.
Sportnet.az-ın məlumatına görə, "Sabah"a keçən 27 yaşlı yarımmüdafiəçi bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.
Təcrübəli oyunçu Bursa təmsilçisi ilə unutulmaz mövsüm keçirdiyini bildirib: "Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğur qazanması üçün əlimdən gələni etməyə çalışdım. Səhvlərim olubsa, bağışlayın. "Bursaspor"un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə əminəm. Nəticədə qaydalara görə, klubdan ayrılmaq məcburiyyətində qaldım. Rəhbərliyə, məşqçilər və işçi heyətinə, xüsusilə də azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Namik Ələskərov "Sabah"la 3 illik müqavilə imzalayıb.