"Səbail" kapitanı Rahid Əmirquliyevlə müqavilənin müddətini uzadıb.
Bu barədə Sportnet.az-a 33 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Təcrübəli oyunçu qarşıdakı mövsümü də paytaxt təmsilçisində keçirəcək.
Qeyd edək ki, Rahid Əmirquliyev 2018-ci ildən "Səbail"də çıxış edir.