1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Trabazonspor"un keçmiş baş məşqçisi xəstəxanalıq oldu
Türkiyənin "Trabzonspor" klubunun keçmiş baş məşqçisi Ahmet Suat Özyazıcı xəstəxanaya yerləşdirilib. Sportnet.az-ın məlumatına görə, o, evin hamamında yıxılaraq başından xəsarət alıb.
78 yaşlı Özyazıcı yaxınları tərəfindən xəstəxanaya aparıldıqdan sonra beyin qanaması keçirdiyi məlum olub. İlkin yardımdan sonra o, başqa bir xəstəxanaya köçürülərək nəzarətdə saxlanılır.
Qeyd edək ki, futbolçu kimi uzun müddət (1967-1972) "Trabzonspor"un formasını tərlədən Ahmet Suat Özyazıcı fasilələrlə (1973-1988) Qaradəniz təmsilçisinin baş məşqçisi olub. O, sonuncu dəfə 1999-2000 mövsümündə "bordo-mavilər"in başına keçib.