Ötən mövsüm icarə əsasında İspaniya "Barselona"sında çıxış edən "Sevilya"nın futbolçusu Lük de Yonqun yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı hücumçu Niderlandın PSV komandasında çıxış edəcək.
Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı forvardla yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Lük de Yonq 2014 - 2019-cu illərdə də PSV-nin formasını geyinib.