
İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini açıqlayıb.
Sportnet.az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, Mançester təmsilçisi Niderland "Feyenoord"unda çıxış edən Teyrell Malasianı heyətinə qatıb.
23 yaşlı müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Feyenoord"un yetirməsi olan Teyrell Malasia 2017-ci ildən əsas komandada çıxış edib.