İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) FIFA və UEFA-ya qarşı apellyasiyasını rədd edib.
Sportnet.az-ın məlumatına görə, CAS RFS-in beynəlxalq turnirlərdən kənarlaşdırılmasına dair qərarı qüvvədə saxlayıb.
UEFA mayın 2-də Rusiya yığması və klublarının 2022/2023 mövsümü üzrə bütün yarışlardan kənarlaşdırıb. Ölkə komandaları avrokuboklarda, UEFA Millətlər Liqasında, U-21 Avropa çempionatında, 2022-ci il qadınlar arasında Avropa çempionatında, habelə qadınlar arasında 2023-cü il dünya çempionatının seçmə mərhələsində iştirak etməyəcəklər.
"Zenit", "Soçi" və Moskva "Dinamo"su CAS-a şikayət etsələr də, rədd cavabı alıblar.