
Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri Oliver Kan polşalı futbolçu Robert Levandovskinin İspaniya "Barselona"sına transferini təsdiqləyib.
Sportnet.az-ın məlumatına görə, 53 yaşlı funksioner bu barədə "Bild" nəşrinə açıqlamasında bildirib.
Sabiq qapıçı 34 yaşlı hücumçunun keçidi üçün Kataloniya təmsilçisi ilə razılığa gəldiklərini açıqlayıb.
Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edib. Təcrübəli forvardın "Barselona" ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.