“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Emmanuel Apeh ilə 2 illik müqavilə bağlanılıb.
25 yaşlı nigeriyaılı hücumçu karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.
Manu “Sabah”da 90 nömrəli formada çıxış edəcək.