
Son Türkiyə çempionu "Trabzonspor"un sabiq futbolçusu İbrahim Yattaranın instaqram hesabı oğurlanıb.
Sportnet.az xəbər verir ki, hesabı "hack" edən şəxs 42 yaşlı Yattaranın profilində direktə yazılan mesajları paylaşıb.
Hazırda profildə təhlükəsizlik qaydasındadır.
Qeyd edək ki, İbrahim Yattara 2003 - 2011-ci illərdə "Trabzonspor"da çıxış edib. Qvineyalı futbolçu Türkiyə Super Liqasında 193 oyuna 32 qola imza atıb.