2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" ilk yoxlama oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqa təmsilçisi "Bandırmaspor"la üz-üzə gələcək.
İyulun 20-də Boluda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.